3 qızını başından güllələyərək öldürən atanın məhkəmə ifadəsi ŞOK ETDİ
    • 18-01-2023, 10:05
    • 255

3 qızını başından güllələyərək öldürən atanın məhkəmə ifadəsi ŞOK ETDİ

2021-ci il avqustun 31-də Türkiyədə qızları Yaren, Hiranur və Elif Göktaşları tapança ilə başından vuraraq öldürən müəzzin Əmrə Göktaşın məhkəmədəki sözləri hər kəsi şok edib.

News24.az xəbər verir ki, Ə.Göktaşa 3 dəfə ağırlaşdırılmış ömürlük həbs tələbi ilə iddia açılıb. Göktaş Trabzon 1-ci Ağır Cəza Məhkəməsində 4-cü dəfə hakim qarşısına çıxıb.

Emre Göktaş İğdır S Tipi Qapalı Cəzaçəkmə Müəssisəsindən Audio və Vizual Məlumat Sistemi ilə məhkəməyə qatılıb.

Məhkəmədəki müdafiə çıxışında Göktaş qətlə hadisəsinə qədər övladlarına qarşı aqressiv yanaşmadığını deyib: "Əlbəttə nə etdiyimi bilmirdim. Həyat yoldaşım məni çox yormuşdu.  Psixiatrik dərmanlar istifadə edirdim. Bu hərəkət mənim nə etdiyimi bilmədiyim bir vaxtda baş verib. Uşaqlarımı sevmədiyim böhtandır”.

Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin həbs-qətimkan tədbirinin davam etdirilməsi barədə qərar çıxarıb və iclası fevralın 7-nə təxirə salıb. //DHA

Teymur MƏMMƏDOV