"Ağciyər, böyrək xəstəliyi olanlar bu xəstəliyi ağır keçirir" - İnfeksionist
    • 18-01-2023, 15:21
    • 262

"Ağciyər, böyrək xəstəliyi olanlar bu xəstəliyi ağır keçirir" - İnfeksionist

"Qış mövsümündə müqavimətimiz zəiflədiyi üçün respirator viruslar daha çox yayılır. Bəzi insanlar bu viruslara xəstəliyin əlaməti olmadan və ya yüngül formada keçirirlər. Ancaq xroniki xəstəliyi olanlar, dərman istifadəsini davamlı edən insanlar bu xəstəliyi daha ağır keçirirlər. Xroniki ağciyər, ürək, böyrək xəstəliyi olanlar, hamilə qadınlar, yaşlı şəxslər də bu xəstəliyi ağır keçirə bilirlər".

News24.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti infeksionist Vasif Əliyev deyib.

O əlavə edib ki, bir virusdan qorunmaq üçün birinci növbədə o virusla təmasda olmamaq lazımdır. Yəni, xəstəliyin daşıyıcısı olan şəxslərlə məsafə saxlamalı,qapalı məkanlara az getməli və gigiyena qaydalarına riayət etməliyik. 

Xəstəliyə yoluxduğumuz təqdirdə mütləq formada peyvənd olunmalıyıq ki, daha yüngül keçirək və tez sağalaq.

Xüsusi risk qrupunda olan şəxslərə məsləhətdir ki, peyvəndləri xəstəxana şəraitində vurdursunlar.

38 dərəcə temperatur bəzi insanlarda yüksək dərəcə olduğu üçün hərarət salan dərmanlardan istifadə etmək olar".