"Söyüş Azərbaycan mentalitetindən yığışdırılmalıdır"
    • 18-01-2023, 15:30
    • 526

"Söyüş Azərbaycan mentalitetindən yığışdırılmalıdır"

"Sosial şəbəkədə paylaşılan müsahibəni, videonu bəyənmirsənsə, şərh yaz, fikrini əsaslandır. Nəyin doğru, nəyin yanlış olduğunu de. Amma baxırsan ki, hərə altından bir söyüş yazır və bununla da işini bitmiş hesab edir. Bu da təbii ki, getdikcə cəmiyyəti aqressivləşdirir. Cəmiyyətdə insanların öyrənməyə olan imkanlarını azaldır. Bu, tək bir şəxsin yox, ümumi cəmiyyətin problemidir. Ümumiyyətlə, söyüş Azərbaycan mentalitetindən yığışdırılmalıdır". 

Bunu News24.az-a açıqlamasında millət vəkili Siyavuş Novruzov deyib.

O əlavə edib ki, TikTokdan hər bir şəxs özünə lazım olan fikirləri mənimsəyir: "Nəzərə almaq lazımdır ki, məktəblilər də sosial şəbəkələrdən istifadə edir. Bununla ümumi cəmiyyyətin fikir mübarizəsi olmalıdır. Avtomobil qəzasının oxucusu daha çoxdur, nəinki siyasi şərh. Mən hesab edirəm ki, insanlar informasiya texnologiyalarından müsbət şəkildə faydalanmalıdır. Bunun qarşısı alınmalıdır. Cəmiyyət düzgün istiqamətləndirilməlidir". 

Qumral Əliyeva