Azərbaycanın əlində dəqiq məlumatlar var: Xankəndi erməniləri arasında ...
    • 18-01-2023, 16:10
    • 454

Azərbaycanın əlində dəqiq məlumatlar var: Xankəndi erməniləri arasında ...

"Azərbaycan tərəfindən Laçın yolunda praktik addımların atılması əslində bizdən asılı deyil. Biz o yolun açılmasını dövlət qurumlarımızın talan edilən "Dəmirli" və "Qızılbulaq" yataqlarına gedərək orada monitorinqlər təşkil etməsinin tərəfdarıyıq". 

News24.az xəbər verir ki, bunu açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

O bildirib ki, Ermənistan yalan kompaniyasından əl çəkməsə ağrılı-acılı nəticələrlə üz-üzə qalacaq:

"Azərbaycanın kiminsə yolunu bağlamaq niyyəti olsaydı, erməni əhalinin yaşadığı ərazilərdə, kifayət qədər riskli bir şəraitdə alternativ Laçın yolunu çəkərdi. Təbii ki, biz bunu etdik ki, yollar, kommunikasiyalar daha tez açılsın, birgə bəyanatların şərtləri daha sürətlə yerinə yetirilsin. Lakin göründüyü kimi bu məsələlər Ermənistan və Rusiya sülhməramlı kontingentin fəaliyyətsilziyi və yaxud da müddəti uzatma cəhdləri səbəbindən bu günə qədər baş tutmayıb.

İstənilən halda aksiya keçirən fəallarımızın ağır və çətin bir iqlim şəraitində həyata keçirdiyi fəaliyyətlər təqdirəlayiqdir. Düşünürəm ki, əks tərəf də öz yalan kompaniyasından əl çəkərək proseslərin daha qısa müddətdə və Ermənistan tərəfi üçün daha az ağrılı-acılı bir ssenari üzrə inkişafında maraqlı olmalıdır. Əks halda həmin o aksiya keçirilən heyyəti bizim güc strukturları əvəz edə bilər. Bu isə Ermənistan üçün, Qarabağdakı ermənilər üçün çox baha başa gələcək nəticələr vəd edir. 


Azərbaycan bu aksiya olmadan da ərazidə baş verən proseslərə cidd bir şəkildə nəzarət edirdi. Ən azından İran tərəfindən gələn şəxslərin Xankəndiyə çatmasından yarım saat sonra artıq onların şəxsiyyət vəsiqələri belə bizim əlimizdə var idi. Bu, bir daha onu göstərir ki, Qarabağda, hətta Ermənistanın özündə baş verən proseslər barədə Azərbaycanın əlində dəqiq və təsdiqlənmiş etibarlı məlumatlar mövcuddur.

Bundan bir müddət əvvəl də baş verən proseslərə biz zəruri müdaxilələrimizi edə bilirik. Ermənistan rəhbərliyi öz dili ilə etiraf edir ki, "biz müttəfiqlərimizdən aldığımız silahları belə ölkəyə gətirə bilmirik". 

Baxın, Azərbaycan hazırda Ermənistanla müttəfiqləri arasında virtual da olsa bir divar hörməyi bacarıb və bu divar Azərbaycanın maraqlarına uyğundur. Odur ki, prosesləri izləməliyik. Bu məsələlər elə də asan məsələ deyil, amma zamanla, xüsusilə də bu il ərzində Azərbaycan tərəfi daha böyük nailiyyətlər əldə edəcək. Bunu qarşı tərəf, o cümlədən erməni vətəndaşlarımız, eyni zamanda Ermənistan da nə qədər tez anlayarsa, nə qədər doğru-dürüst nəticə çıxararsa, proseslər bir o qədər də yumşaq bir məcrada davam etmiş olar. 

Biz heç bir halda güc tətbiqinin tərəfdarı deyilik. Amma zərurət yaranarsa, birgə bəyanatın şərtlərinin yerinə yetirilməsi üçün də başqa metodları tətbiq edə bilərik"./ milli.az