-
- 18-01-2023, 17:53
- 235
“Azərbaycan” nəşriyyatı qiymətlərin 50 faiz bahalaşmasına AYDINLIQ GƏTİRDİ
“Azərbaycan” nəşriyyatında yerləşən otaqların qiymətlərinin 50 faiz artdığı bildirilir. İddia edilir ki, nəşriyyatda qiymətlər yüksək olsa da, heç bir iş görülmür, şərait yoxdur, təmir işləri aparılmır.
News24.az xəbər verir ki, pravda.az iddiaların doğru olub-olmadığını aydınlaşdırmaq üçün “Azərbaycan” nəşriyyatının mövqeyini öyrənməyə çalışıb.
Nəşriyyatın açıqlaması isə belə olub:
“”Azərbaycan” nəşriyyatında yerləşən otaqların istifadəsinə görə ödəniş haqlarının artırılması sonuncu dəfə 2017-ci ilin yanvarında baş verib. Bu tarixdən sonrakı müddət ərzində ölkədə kommunal xidmət tariflərinin, nəşriyyatın binasında və ərazisində aparılan təmir-tikinti işləri üçün tələb olunan mal-materialın, nəşriyyatın fəaliyyətində zəruri hesab edilən digər malların qiymətlərinin artımını nəzərə alaraq, bu ilin yanvarından “Azərbaycan” nəşriyyatında yerləşən otaqların istifadəsinə görə ödəniş haqlarının artırılması məsələsi müzakirə olunub. Lakin nəşriyyatda fəaliyyət göstərən redaksiyaların maddi vəziyyəti nəzərə alınaraq, otaqların istifadəsinə görə ödəniş haqlarının artırılmasının hələlik KİV-lərin redaksiyalarına şamil olunmaması məqsədəuyğun hesab edilib”.