-
- 19-01-2023, 14:55
- 254
Bakıda FACİƏ: Liftin şaxtasına düşüb öldü - FOTO
Bakıda çoxmərtəbəli binada bədbəxt hadisə baş verib.
News24.az Yasamal Rayon Prokurorluğuna istinadən xəbər verir ki, yanvarın 18-i 1968-ci il təvəllüdlü Arazxan Xankişiyevin xəstəxanada ölməsi barədə məlumat daxil olub.
Araşdırma zamanı A.Xankişiyevin Yasamal rayonu ərazisində inşa olunan “Dream Tower” yaşayış kompleksində fəhlə kimi işləyərkən liftin şaxtasına yıxılması və almış olduğu xəsarətlərdən xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikinti işlərinin aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə ibtidai istintaq davam edir.