AZAL əşyalarını təyyarədə unutmuş sərnişinləri axtarır - FOTO
    • 23-01-2019, 12:45
    • 1 208

AZAL əşyalarını təyyarədə unutmuş sərnişinləri axtarır - FOTO

“Azərbaycan Hava Yolları” QSC (AZAL) sərnişinlərə müraciət edib.

Müraciətdə deyilir ki, AZAL-ın və onun törəmə strukturu olan “Buta Airways” aviaşirkətinin təyyarələrində bəzi əşyalar unudulub.
“Əgər bu əşyaların sahibləri və yaxud bu əşyaları unudan tanışlarınız varsa, zəhmət olmasa, AZAL-ın itmiş əşyalar xidməti ilə (+994 12) 497-26-00 (daxili 30-81, 22-05) və yaxud [email protected] e-poçt ünvanları vasitəsi ilə əlaqə saxlamağa xahiş edirik”, - deyə müraciətdə qeyd olunub. 

//Report