Vasif Talıbovun oğlu atasının istefasından sonra ilk dəfə GÖRÜNTÜLƏNDİ
    • 20-01-2023, 11:33
    • 6 433

Vasif Talıbovun oğlu atasının istefasından sonra ilk dəfə GÖRÜNTÜLƏNDİ

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş sədri Vasif Talıbov vəzifəsindən istefa verəndən sonra medianın bir nömrəli personasına çevrilib. Yerli mətbuatda hər gün Vasif Talıbov və onun övladları Seymur Talıbovla Rza Talıbov haqqında yeni faktlar dərc olunmaqda idi. Onların ölkədən çıxmasına dair də fikirlər səsləndirilirdi.

News24.az xəbər verir ki, bu gün Vasif Talıbovun oğlu Rza Talıbov Şəhidlər xiyabanında görüntülənib.

Qeyd edək ki, atasının istefasından sonra ilk dəfədir ki, görünür.

Həmin fotoları təqdim edirik:


Qumral Əliyeva 
FOTO: Teymur Məmmədov