30 yaşını “KFC”də qeyd edən qız faciəvi şəkildə öldü - FOTO
    • 20-01-2023, 15:23
    • 18 538

30 yaşını “KFC”də qeyd edən qız faciəvi şəkildə öldü - FOTO

Maltada Türkiyə vətəndaşı Pelin Kaya öldürülüb. 

News24.az xəbər verir ki, hadisə ötən gün Qriza şəhərində baş verib. Pelin dostları ilə birlikdə "KFC" restoranında 30 yaşını qeyd edib.

Həmin vaxt Ceremye Kamiller adlı Malta vətəndaşının idarə etdiyi "BMW" markalı maşın restorana çırpılıb. Bu zaman Kaya əzilərək hadisə yerində vəfat edib.

Polis əməkdaşları 33 yaşlı fransız əsilli Ceremyeni həbs ediblər. Onun əvvəllər oğurluğa görə məhkumluq həyatı yaşadığı məlum olub. Ceremyenin hadisəni qəsdən törətdiyi də iddia olunur.

Türk mətbuatında yer alan məlumatlara görə Pelin ölkədə tanınmış 3 memardan biri olub. /baku.ws