Azərbaycanda sosialyönümlü xərclər açıqlandı
    • 23-01-2023, 13:21
    • 288

Azərbaycanda sosialyönümlü xərclər açıqlandı

2022-ci ilin doqquz ayı ərzində sosialyönümlü xərclər (iqtisadi təsnifata uyğun olaraq əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) dövlət büdcəsinin faktiki xərclərinin 41,2 faizini təşkil etməklə 8442,0 milyon manat məbləğində icra olunub.

News24.az xəbər verir ki, bu, Maliyyə Nazirliyinin 2022-ci ilin doqquz ayı ərzində Azərbaycan Respublikası dövlət büdcəsinin icrasına (operativ) dair məlumatında yer alıb.

Bildirilib ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 786,9 milyon manat və ya 10,3 faiz çoxdur.