Azərbaycanın I vitse-prezidenti Mehriban Əliyeva üçəmlərə diqqət göstərdi - FOTO - VİDEO
    • 23-01-2019, 18:15
    • 2 794

Azərbaycanın I vitse-prezidenti Mehriban Əliyeva üçəmlərə diqqət göstərdi - FOTO - VİDEO

Bakıda Vəliyevlər ailəsində 3 illik övlad həsrətinin sonunda üçəmlərin doğulması barədə xəbər vermişdik.

Adları Mehriban, Leyla və Arzu olan 3 kiçik qızcığaz... Onlar həyatdan çox şey anlamasalar belə, ailələrində maddi sıxıntı var.  

Bildirək ki, üçəmlərin dünyaya gəlişi xəbəri News24.az-da yayıldıqdan dərhal sonra öz müsbət nəticəsini göstərib - ailəyə yardım edilib.

Azərbaycan Respublikasının birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, mərhəmətli ürək sahibi Mehriban xanım Əliyeva ailəyə maddi yardım göstərilməsi üçün fonda göstəriş verib.

Uşaq arabası, beşik, növbənöv geyimlər, hamam  dəstləri və müxtəlif qidalarla təmin edilən ailə ölkənin birinci xanım Mehriban Əliyevaya News24.Az vasitəsilə öz təşəkkürlərini və minnətdarlıqlarını bildirib.

Müxbir: Şəlalə AĞAYEVA
Video: Səməd AĞAYEV