Türkiyədə hərbi maşın qəzaya uğrayıb.
News24.az xəbər verir ki, məlumatı Anadolu agentliyi yayıb.
Məlumata görə, Türkiyə-İran sərhəd xəttində axtarış-yoxlama işləri aparan hərbçilərin içərisində olduğu avtomobildə yolların buz bağlaması səbəbindən sürücü idarəetməni itirib və qəza baş verib.
Hadisə nəticəsində 2 əsgər həlak olub.
Faktla bağlı istintaq başladılıb.
Qumral Əliyeva
23:09