-
- 25-01-2023, 12:47
- 298
Zaur Mirzəzadənin işi yenidən araşdırılacaq
Dünya Azərbaycanlıları İctimai Maarif Mərkəzinin rəhbəri Zaur Mirzəzadə barəsindəki qərardan verilmiş kassasiya şikayətinə baxılıb.
News24.az xəbər verir ki, Ali Məhkəmədə hakim Əziz Seyidovun sədrliyi ilə keçirilən iclasda məhkum şəxs barəsindəki qərar ləğv edilib.
Zaur Mirzəzadənin vəkili Kamran Musayev APA-ya bildirib ki, iş yenidən araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. Baxış iclası yaxın günlərdə keçiriləcək.
Xatırladaq ki, Zaur Mirzəzadə və daha 4 nəfər Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunublar.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zaur Mirzəzadəyə şərti cəza verilib. Hökmdən narazı qalan dövlət ittihamçısı protest verib. Bakı Apellyasiya Məhkəməsi protesti təmin edib. Qərara əsasən Zaur Mirzəzadə 5 il müddətinə azadlıqdan məhrum edilərək məhkəmə zalında həbs edilib.
Zaur Mirzəzadə həm də "bakutime.az", "xalq.az" saytının rəhbəri idi.//apa.az