Naxçıvanda nağdsız ödənişlərin həcmi artdı
    • 26-01-2023, 10:30
    • 204

Naxçıvanda nağdsız ödənişlərin həcmi artdı

2022-ci ildə Naxçıvan Muxtar Respublikasında nağdsız ödənişlərin həcmi artıb.

Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətindən News24.az-ın yerli bürosuna verilən məlumata görə, ödənişlərin həcmi 207 milyon 787 min manat təşkil edib ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 88 milyon 738 min manat və ya 74,5 faiz çoxdur.

Qeyd olunan dövrdə, nağdsız ödənişlərin 51 milyon 970 min manatı POS-terminallar vasitəsilə, 155 milyon 817 min manatı isə internet və digər ödəniş vasitələri ilə həyata keçirilib.