-
- 26-01-2023, 10:52
- 425
Fəzail Ağamalıdan həmkarına CAVAB: "Halal səsimlə deputat seçilmişəm"
Millət vəkili Erkin Qədirlinin bloqer Mehman Hüseynova verdiyi açıqlama müzakirələrə səbəb olub. Millət vəkilinin özü daxil olmaqla bütün deputatların seçkilərdə xalqın şəffaf səsini toplamadığını iddia etməsi Milli Məclisi bərk silkələyib. Deputatlar ard-arda Erkin Qədirlini tənqid atəşinə tutub.
Biz də qərara gəldik ki, məsələ ilə bağlı millət vəkili Fəzail Ağamalının düşüncələrini öyrənək.
O, News24.az-a açıqlamasında bildirib ki, Erkin Qədirlinin mövqeyi yanlışdır: “Erkin Qədirli Milli Məclisdə, komitə yığıncaqlarında çıxışlar edir, Azərbaycanın parlamentinin deputatı kimi beynəlxalq təşkilatlara gedir, orada müxalifət mövqeyini ortaya qoyur. Əgər həqiqətən xalqın səsini qazanmayıbsa, niyə mandatından istifadə edir? Reallıq dediyi kimidirsə, mandatından istefa versin, bilinsin ki, o demokratiya tərəfdarıdır”.
Deputat qeyd edib ki, Erkin Qədrilinin düşüncəsi digər millət vəkillərinin ünvanına atılan böhtandır: “Azərbaycanda seçkilər təkmilləşir, beynəlxalq təşkilatların müşahidəsi altında keçirilir, pozuntular olduğu halda reaksiya verilir, ciddi hallarda nəticələr ləğv edilir”.
Fəzail Ağamalı vurğulayıb ki, seçkilərdə çox böyük çətinliklə qalib gəlib: “Ciddi rəqabət şəraitində halal səsimi qazanıb, Milli Məclisin deputatı seçilmişəm”.