Naibə Allahverdiyeva təcili xəstəxanaya yerləşdirildi

Naibə Allahverdiyeva təcili xəstəxanaya yerləşdirildi Mədəniyyət
Xalq artisti Naibə Allahverdiyanın səhhətində problem yaranıb.

News24.az BAKU.WS-ə istinadla xəbər verir ki, aktrisa təcili olaraq xəstəxanaya yerləşdirilib və əməliyyat olunub.

Bu barədə Allahverdiyanın həyat yoldaşı açıqlama verib:

“Naibə xanım hazırda xəstəxanadadır. Sinəsindən əməliyyat keçirib. Plastik əməliyyat deyil. Vəziyyəti yaxşıdır”.

Xatırladaq ki, Xalq artisti uzun müddət idi ki, şiddətli bel və kürək ağrılarından şikayətlənirdi.