-
- 26-01-2023, 14:57
- 1 632
Növbəti cavab Razi Nurullayevdən gəldi: “Azərbaycan reallığına uyğun seçkilər keçirilib”
Milli Məclisin deputatı Erkin Qədirlinin seçkilərin şəffaf keçirilmədiyini iddia etməsindən sonra bu mövzu ətrafında müzakirələr davam edir.
Deputat Razi Nurullayev məsələ ilə bağlı düşüncələrini News24.az-a danışıb.
Razi Nurullayev bildirib ki, Erkin Qədirli ciddi yanlışlığa yol verib: “O, yanlış fikri yanlış platformada səsləndirib. Hər bir şəxs özü haqqında danışa bilər. Amma bütün ölkə və parlament haqqında məntiqdən kənar fikir bildirmək doğru deyil. Seçkini Erkin Qədirli keçirməyib, nəticələr, protokollar onun masasının üzərinə gəlməyib. Bütün millət vəkillərini şübhə altına almaq siyasətçiyə yaraşmayan hərəkətdir”.
Deputat qeyd edib ki, Azərbaycan reallığına uyğun, normal seçkilər keçirilib: “Dünyanın heç bir yerində ideal seçki yoxdur. ABŞ demokratiyanın beşiyi sayılır. Amma Amerikada həmişə seçki saxtakarlığından danışılır. Amerikada seçkilərdə pozuntu halları olursa, Azərbaycandan danışmağa dəyməz.
Parlamentin buraxılmasını istəyən şəxslər var. Parlament niyə buraxılsın ki? Hər fikir səsləndirənə görə parlament buraxılası deyil ki. Bu fikirləri səsləndirənlər seçkidə uğur qazanmayanlardır”.