-
- 27-01-2023, 10:29
- 247
Bağlı qalmış 17 qəsdən adam öldürmə cinayətinin üstü açılıb
2022-ci ildə daxili işlər, dövlət təhlükəsizliyi və ədliyyə orqanları ilə birgə keçirilmiş peşəkar istintaq-əməliyyat tədbirləri ilə ötən illərdən bağlı qalmış qeyri-aşkar şəraitdə törədilmiş 17 cinayət işinin açılması təmin edilib.
News24.az xəbər verir ki, bunu Baş Prokuror Kamran Əliyev Baş Prokurorluqda 2022-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclasında deyib.
O bildirib ki, onlardan 14 iş üzrə ibtidai istintaq yekunlaşdırılaraq baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilib, digərləri üzrə istintaq tədbirləri davam etdirilir:
"1 may 2020-ci il tarixdən hazırkı vaxtadək əvvəlki illərdən bağlı qalmış qeyri-aşkar şəraitdə törədilmiş 27 qəsdən adam öldürmə cinayəti açılıb. Onlardan 24-ü məhkəməyə göndərilməklə 15 iş üzrə ittiham hökmü çıxarılıb, digərləri məhkəmə baxışındadır".