"Bu hadisə Azərbaycan-İran münasibətlərinə çox ciddi mənfi təsir göstərəcək" - Deputat
    • 27-01-2023, 18:33
    • 264

"Bu hadisə Azərbaycan-İran münasibətlərinə çox ciddi mənfi təsir göstərəcək" - Deputat

"İranın Azərbaycandakı səfirliyinə xaincəsinə silahlı hücumu pisləyirəm. Təəssüf ki, bu silahlı hücum zamanı bir vətəndaşımız vəfat etdi, iki nəfər isə yaralandı".

Bu fikirləri Milli Məclisin deputatı Elman Nəsirov səfirliyimizə edilən hücumla bağlı fikirlərini News24.az-la bölüşərkən deyib.  Deputat qeyd edib ki, Azərbaycan səfirliyinə edilən xaincəsinə hücum İran üçün yeni bir hadisə deyil:

"Bilirsiniz ki, bundan öncə Parisdə, Vaşinqtonda və digər şəhərlərdə də baş vermişdi. Lakin bu hadisə digər hücumlardan daha qəddar, daha şiddətli, daha dəhşətlidir. Çünki həmin şəhərlərdə insan qətli baş verməmişdi. Baş vermiş bu terror aktı onsuz da  son çağlar mürəkkəb siyasi dövrünə yaşayan Azərbaycan-İran münasibətlərinə çox ciddi mənfi təsir göstərəcək. İndiki vəziyyətdə isə əsas məsələ cinayətkarların tapılıb cəzalandırılmasıdır. Həmçinin, İran dövləti Azərbaycan tərəfindən  üzr istəməlidir, belə dəhşətli faciə yaşanıb. Etiraf etməlidir ki, onun xüsusi xidmət orqanları, təhlükəsizlik orqanları, hüquq-mühafizə orqanları öz üzərinə düşən vəzifələrini yerinə yetirə bilməyiblər. Bundan irəli gələrək çox ciddi addımlar atması zəruridir. Bu cinayətin baş verməsinə məsuliyyət daşıyan şəxslər və onların himayədarları cəzalandırılmalıdır. Eyni zamanda, İran üzərinə götürməlidir ki, Azərbaycana qarşı heç zaman belə hadisələr baş verməyəcək". 

Aynurə