Röya yeni klipini təqdim etdi: “Bu bir filmdir”
    • 28-01-2023, 10:33
    • 254

Röya yeni klipini təqdim etdi: “Bu bir filmdir”

Xalq artisti Röya Ayxan konsertinin ilk günü yeni klipini təqdim edib.  

News24.az xəbər verir ki, estrada ulduzu Cin ləqəbli müğənni Ceyhun Zeynalovla növbəti dəfə duetinin premyerasını edib.

Layihə “Bəzən” adlanır və sözləri İkram Əliyev, musiqisi Ruhin İsmayılova aiddir. Fərqli klipin rejissor və ssenari müəllifi Leyla Bağırlıdır, layihə rəhbəri isə “KEvents Group”dur.  Röya Ayxanın staylinqi üzərində Murad Vəliyev çalışıb. 

“Bəzən” bütün musiqi platformalarında dinləyicilərin ixtiyarına verilib. 

Qeyd edək ki, Röya və Cinin “Dəniz”, “Zəhləm getmiş” kimi hitləri ifa edib.