-
- 28-01-2023, 20:27
- 298
Ermənistanda qadınlar hərbi xidmətə çağırılacaq
Ermənistanda qadınların könüllü əsasda orduya cəlb edilməsi ilə bağlı yeni qurum yaradılacaq.
News24.az xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyanın silahlı qüvvələrin yaranmasının 31-ci ildönümü münasibətilə çıxışında bildirilib.
“Yaxın gələcəkdə Ermənistanda tamamilə yeni qadınların könüllü müvəqqəti hərbi xidmət institutunu tətbiq etməyi planlaşdırırıq”, - baş nazir bildirib.
Paşinyan ehtiyatda olan hərbçilərin rüblük təlim-məşq toplanışlarının müddətinin azaldılacağını da açıqlayıb:
“Üç aylıq təlim-məşq toplanışlarının bir aylıq və ya 25 günlük təlim-məşq toplanışları ilə əvəzlənməsi prosesi gedir. Çünki ehtiyatda olan hərbçilərin döyüş qabiliyyəti hazırda hərbi xidmətdə olanların döyüş qabiliyyəti qədər vacibdir”.
Baş nazirin son qərarı uzun müddətdir Ermənistanda müzakirə mövzusudur. Erməni hərbi ekspertlər ehtiyatda olan hərbçilərin rüblük təlim müddətinin azaldılmasının “ordunun döyüş qabiliyyəti”nin zəifləməsinə səbəb olacağını deyirlər.