Bakıda ilk dəfə “Aşpazlar Kuboku” çempionatı keçiriləcək
    • 24-01-2019, 15:47
    • 812

Bakıda ilk dəfə “Aşpazlar Kuboku” çempionatı keçiriləcək

Mayın 15-17-də Bakı Ekspo Mərkəzində keçiriləcək "World Food Azerbaijan 2019" sərgisi çərçivəsində birinci "CHEFS CUP 2019" (Aşpazlar Kuboku 2019) çempionatı təşkil olunacaq.

"Iteca Caspian" şirkətindən bildirilib ki, çempionatda iştirak Azərbaycanın bütün bölgələrindən olan və aşpazlıq sənətinin müxtəlif sahələrini təmsil edən komanda və fərdlərə öz işlərində yüksək peşəkarlıqlarını, istedadlarını və dünya miqyasında mehmanxana-restoran biznesinin tələbləri ilə ayaqlaşmaq arzusunu nümayiş etdirmək üçün fürsət yaradır. Yarışa beynəlxalq çempionatların təşkili və hakimliyi üzrə böyük təcrübəyə malik mütəxəssislər cəlb edilib.

//AZƏRTAC