-
- 30-01-2023, 09:46
- 252
Əməliyyat zamanı Vasifin bədənindən 6 qəlpə çıxarılıbmış
Xəbər verdiyimiz kimi, Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilən terror aktı zamanı xəsarət alan Mahir İmanov və Vasif Tağıyev vətənə gətirilərək Bakıda xəstəxanaya yerləşdiriliblər.
News24.az xəbər verir ki, hadisə vaxtı hər iki mühafizəçi qəlpə xəsarətləri alıb. Terrorçunun zərərsizləşdirilməsində şücaət göstərən Vasif Tağıyev hadisə zamanı 6 qəlpə xəsarəti alıb. Tehranda keçirilən və 5 saata yaxın davam edən əməliyyatla qəlpələr onun bədənindən çıxarılıb. Həmçinin səfirliyin digər mühafizəçisi Mahir İmanov da bədənində aşkar edilən qəlpələrə görə əməliyyat edilib.
Hər iki yaralının yaxın günlərdə xəstəxanadan ambulator müalicəyə buraxılacağı bildirilib.//qafqazinfo