Şəhid Orxan Əsgərov torpağa tapşırıldı
    • 30-01-2023, 12:41
    • 193

Şəhid Orxan Əsgərov torpağa tapşırıldı

Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu zamanı şəhid olan Orxan Əsgərov İkinci Fəxri Xiyabanda torpağa tapşırılıb. 

News24.az xəbər verir ki, izdihamlı mərasimdə şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak edib.

Qeyd edək ki, yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub.

Terror aktı nəticəsində səfirliyin mühafizəsini təşkil edən baş leytenant Orxan Əsgərov şəhid olub, mühafizə xidmətinin iki əməkdaşı xəsarət alıb.

O.Əsgərovun xatirəsinə ehtiram əlaməti olaraq 3 dəfə yayılım atəşi açılıb, Azərbaycanın Dövlət Himni səsləndirilib.

Məhərrəm ƏLİYEV
Teymur MƏMMƏDOV