-
- 30-01-2023, 15:41
- 367
Bakıda film kimi olay: Sevdiyi qızın atasının sifətini tanınmaz hala saldı
Bakıda sevdiyi qızın atasına ağır xəsarətlər yetirən Lənkəran rayon Əşlə kənd sakini, 1995-ci il təəllüdlü Tural Rüstəmov həbs edilib.
News24.az-ın ldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli hökmü ilə o, 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. O, Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü (Xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma, silah və ya silah qismində əşya tətbiq etməklə xuliqanlıq etmə) maddələri ilə təqsirli bilinib.
Araşdırmalar zaman məlum olub ki, Bakıdakı şirkətlərdən birində avtokar sürücüsü işləyən Turalın bıçaqladığı Siyavuş Nuriyev onun sevdiyi 14 yaşlı qızın atasıdır.
Belə ki, Tural həmin qızın anası ilə bir yerdə işləyib. Qadın Turalı bəyəndiyi üçün qızının onunla evlənməsini itəyib və yetkinlik yaşına çatmayan qızı ilə Turalı tanış edib. Bundan sonra elçilik baş tutub və 27 yaşlı Tural 14 yaşlı məktəbli qızla nişanlanıb. Bu müddət ərzində qızın atası ilə Tural arasında dostluq münasibəti yaranıb və Siyavuş qızının nişanlısından borc pul alıb. Lakin bir müddət sonra onların münasibətləri pozulub, Tural Siyavuşa verdiyi pulları, onun evinə gətirdiyi əşyaları tələb edib, həmçinin qızın ailəsi nişanı pozmaq qərarına gəlib. Siyavuş isə Turala “sənə yaxşı yol” deyərək, onu Binə qəsəbəsi Südçülük savxozu yaşayış massivindəki həyətindən uzaqlaşdırıb. Bunu görən Tural həyətdən çıxaraq yaxınlıqda yerləşən “Al Market”ə gedərək bıçaq alıb. O, geri qayıdaraq nişanlısının atası ilə dalaşıb. Dava-dalaş zamanı Tural Siyavuşun bud nahiyəsinə bir, sifət nahiyəsinə iki dəfə xəsarət yetirib. Nəticədə qızın atası “üz sinirin posttravmatik neyropatiyası, asimmetriya, funksiya, hissiyat və mimika pozğunluğu, sağ qulaqönü tüpürcək vəzinin zədələnməsi ilə müşayiət olunan sifətin sağ tərəfinin geniş ölçüdə dərin kəsilmiş yarası ilə nəticələnən, deformasiya, mimika və çeynəmə pozğunluqları və aydın nəzərə çarpan asimmetriya törədən, vaxt keçdikcə bərpa olunmayan, sifətin izi silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan sağlamlığa ağır zərər vuran xəsarətlər” alıb. Üzünə “şram” düşən şəxs xəstəxanaya yerlşdirilib.
Məhkəmədə Siyavuş Turalın onun sifətinə ömürlük xəsarət yetirdiyini deyib və ona ağır cəza verilməsini tələb edib.
Tural isə qarşı tərəfin hadisələrin bu yerə gəlib çıxmasına səbəbkar olduğunu deyib.
Taleh BAĞIROV