Deputat başına saç əkdirdi — FOTO
    • 31-01-2023, 13:18
    • 287

Deputat başına saç əkdirdi — FOTO

Keçəllərin saç əkdirməsi günümüzün estetik əməliyyatlarından birinə çevrilib. Keçəllik əsasən kişilərin qarşılaşdığı problemdir. Bəzi kişilər keçəlliyi problem hesab etməsələr də, saçın tökülməsindən psixoloji narahatçılıq keçirən, bunu özünə dərd edənlər də var.

Keçəllikdən qurtulmağın yeganə yolu isə saç əkdirməkdir. Saç əkdirmək xeyli bahalı əməliyyat olsa da, bunun üçün həkimlərə müraciət edənlərin az olmadığı bildirilir.

Azərbaycanda kifayət qədər tanınmış insan var ki, saç əkdirməklə keçəlliklə vidalaşıb. Bu sırada sənət adamları ilə yanaşı, siyasətçilər də var.

“Yeni Sabah”ın məlumatına görə, 101 saylı Göygöl-Daşkəsən seçki dairəsinin deputatı Elşad Mirbəşiroğlu da saç əkdirən tanınmış simalar sırasındadır.

Parlamentdə hakim Yeni Azərbaycan Partiyasını təmsil edən deputat görünür ki, keçəllik kompleksi yaşayırmış. E.Mirbəşiroğlunun ötənilki fotosu ilə hazırkı şəklinin müqayisəsi onun xarici görünüşünün xeyli dəyişdiyini deməyə əsas verir.