İpoteka kreditləri üçün müraciət edənlərin nəzərinə!
    • 31-01-2023, 14:21
    • 416

İpoteka kreditləri üçün müraciət edənlərin nəzərinə!

İpoteka və Kredit Zəmanət Fondu tərəfindən “Elektron ipoteka və kredit zəmanət” sistemindən istifadənin daha da asanlaşdırılması və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə əlavə tədbirlər görülüb.

News24.az xəbər verir ki, adi ipoteka kreditləri üzrə müraciətlərin qəbulu fevralın 1-i saat 10:00-dan, güzəştli ipoteka kreditləri üzrə müraciətlərin qəbulu isə fevralın 2-si saat 10:00-dan başlayacaq.

İpoteka kreditlərinin verilməsi şərtləri və güzəştli ipoteka kreditlərindən faydalana biləcək şəxslərin siyahısı barədə məlumatları Fondun rəsmi internet səhifəsindən (www.mcgf.gov.az/menu/46) əldə edə bilərsiniz.