Gənc şairdən təklif: “Nəsiminin nəşi ölkəmizə gətirilsin” - FOTO
    • 25-01-2019, 10:40
    • 1 704

Gənc şairdən təklif: “Nəsiminin nəşi ölkəmizə gətirilsin” - FOTO

Bir neçə gün öncə ölkə başçısı İlham Əliyevin sərəncamı ilə 2019-cu il Azərbaycanda “Nəsimi ili” elan edilib. Dahi şairin 650 yaşı tamam olur. Sərəncama əsasən il ərzində İmadəddin Nəsiminin həyat və yaradıcılığını əhatə edən silsilə tədbirlər keçiriləcək.

Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, gənc şair Emil Rasimoğlu News24.Az-a “Nəsimi ili” ilə əlaqədar öz təklifini göndərib. AYB üzvü İmadəddin Nəsiminin Hələbdəki nəşinin qalıqlarının ölkəmizə gətirilməsi təklifini verib:”Bildiyimiz kimi İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar olaraq ölkə rəhbərinin sərəncamı əsasında bu il Azərbaycanda “Nəsimi ili” elan edilib.
Təbii ki, bununla bağlı il ərzində ölkədə müxtəlif ədəbiyyatyönümlü silsilə tədbirlər, müsabiqələr və digər bu xarakterli toplantılar keçiriləcək.
Ancaq mən belə hesab edirəm ki, bu il üçün ən böyük hadisə Nəsiminin Azərbaycan torpağında məzarının ziyarəti ola bilər. Məhz bu baxımdan da təklif edirəm ki, bu il İmadəddin Nəsiminin məzarı Suriyadan Azərbaycana köçürülsün.
Bu məsələdə ilk addımı isə Azərbaycan Yazıçılar Birliyinin ölkə rəhbərliyinə müraciətində görürəm”.

Tural TURAN