"22 il ömrüm qalıb" - Nadir Qafarzadə
    • 22-07-2018, 12:04
    • 2 439

"22 il ömrüm qalıb" - Nadir Qafarzadə

Müğənni Nadir Qafarzadə 70 yaşında dünyasını dəyişicəyini deyib. 

O, uşaq yaşlarında olarkən baş verən hadisəni danışarkən bunları deyib:

"Məndə artıq ömrümü saymaq kimi bir kompleks yaranıb. 8 yaşım olanda kənd yerində qapımıza bir qara çöhrəli və geyimli qadın gəldi. Həmin xanımı anam içəri dəvət etdi və ona mənim gələcəyim üçün fala baxdırdı. O isə mənim çox istedadlı olduğumu, gələcəkdə isə şöhrətli və hörmətli biri olacağımı bildirdi. Həmçinin mənim 70 il yaşayacağımı dedi.

Mənim valideynlərim də 70 yaşında vəfat edib. Bəzən gecələr soyuq tər içində ayılıram. Açıq etiraf edim ki, ölümdən qorxuram".

Teymur Məmmədov
//Xəzər Maqazin