Azərbaycanda taksilərdə gedişhaqqı BAHALAŞACAQ?
    • 1-02-2023, 13:39
    • 206

Azərbaycanda taksilərdə gedişhaqqı BAHALAŞACAQ?

"Tarif Şurasının ötən gün qəbul etdiyi qərarların bazarda bütün növ mal və xidmətlərin artımına gətirib çıxara bilər. Nəqliyyat artımından qaynaqlanan artımlar daha çox taksi qiymətlərində müşahidə olunacaq. Paralel olaraq taksi şirkətləri də tariflərini yeniləyə bilər. Çatdırılma xidmətləri və onlayn ticarətdə ictimai nəqliyyatdan istifadə olunurdu. Bu halda həmin xidmətlərdə kiçik də olsa, bahalaşma ola bilər".  

Bu sözləri News24.az-a açıqlamasında ictimai nəqliyyatda qiymət artımına münasibət bildirərkən iqtisadçı Rəşad Həsənov deyib.

İqtisadçının sözlərinə görə, bahalaşma bazar iştirakçılarının, mal və xidmətlər təklif edən tərəflərə qiymət strategiyalarını yenidən qurmaq və qiymətlərini artırmaq istiqamətində arqument formalaşdırır.  Onlar daha rahat şəkildə qiymətləri artıra bilirlər.

Qumral Əliyeva