“Daş düşsün sizin yürütdüyünüz siyasətə də, təpənizə də…” – Deputat
    • 1-02-2023, 14:22
    • 266

“Daş düşsün sizin yürütdüyünüz siyasətə də, təpənizə də…” – Deputat "od püskürdü"

“Siyasi cameədə demək olar ki, hamı terrorla bağlı qəti münasibətini bildirdi. Bir tək radikal siyasi müxalifətin nümayəndələri susdular. Həmişəki kimi ağızlarına su alıb oturdular”.

 News24.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Elşən Musayev deyib.

O bildirib ki, bəzən dəxlisiz məqamlarda buynuz çıxaranlar, belə həssas məqamda səslərini çıxarmadılar:

“Ona görə ki, həmin insanlar İran da daxil olmaqla, bir çox ölkələrin Azərbaycan siyasətindəki agentləridir, casuslarıdır. Onlar xüsusi xidmət orqanları qarşısında öhdəlik götürüblər. Onlar istəsələr də, danışa bilməzlər. Danışsalar, onların qulağını kəsərlər. Ona görə də susmağa məcburdurlar. Girdikləri köstəbək yuvasından oğrun-oğrun, riyakar, satqın, xəyanətkar formada baxmağa məhkumdurlar. Bütün siyasi partiyalar terrorla bağlı bəyanat verdi. Bir tək Əli Kərimli bəyanat vermədi. Əgər bir təşkilat öz şəhidinin adının qorunması, qanının batmaması üçün imzalanan bəyanata öz imzasını atmaqdan imtina edirsə, bu məqamda deyiləcək tək söz var, daş düşsün sizin yürütdüyünüz siyasətə də, təpənizə də. Necə ki, düşüb”.