“Dedi ki, sən qorxmadın mənə zəng elədin?”
    • 1-02-2023, 15:01
    • 703

“Dedi ki, sən qorxmadın mənə zəng elədin?”

“Şəhərli  kəndli söhbətində Bəhram Bağırzadəni çoxları başa düşmədi. O, tamam başqa mövzuda danışmışdı. Hətta Bəhramla telefonda da danışdıq. Mənə dedi ki, sən qorxmadın mənə zəng elədin? Dedim, niyə qorxuram?”

Bu sözləri News24.az-a açıqlamasında müğənni Nadir Qafarzadə deyib. Sənətçi bildirib ki, insanlar əməkdar artistin sözlərini yanlış anlayıb:

“Bəhrama dedim ki, Sizi çox sevən insanam, siz tarix yazan adamsınız. Çünki “Bakılı Oğlanlar” KVN komandasının üzvləri tarix yaratmış insanlardır. Böyük səhnələri fəth ediblər, Azərbaycan bayrağını qaldırıblar...Fikrimcə, çoxları Bəhram Bağırzadəni başa düşmədi. Onu yaxşı izləsələr, görərlər ki, Bəhram Bağırzadə nə demək istəyir. Mənim üçün kəndli-rayonlu söhbəti yoxdur. Özüm də rayonda böyümüşəm. Amma bu gün şəhərdə yaşayıramsa, şəhər qayda-qanunlarına riayət etməliyəm. Mənim düşüncəm belədir. Bəhram Bağırzadə də onu demişdi.

Şəhərin öz qayda-qanunu, öz tələbləri var. Şəhər qanunlarına uyğunlaşmaq lazımdır. Yenə deyirəm ki, mən kənddən gəldim və dəyişdim. Çünki şəhər məndən başqa şeylər tələb etdi”.

Könül İBRAHİM