Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü olub

Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü olub Gündəm
Türkiyənin Qars şəhərində Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü olub

News24.az-ın xəbərinə görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin saytında məlumat verilib.

Bildirilib ki, "Qış təlimi - 2023" beynəlxalq təlimi çərçivəsində Qarsa gələn Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycanın müdafiə naziri Zakir Həsənov və Gürcüstanın müdafiə naziri Juanşer Burşuladze ilə görüşüb.