Üzərində “Kalaşnikov” gəzdirən şəxs tutuldu - VİDEO
    • 2-02-2023, 11:36
    • 162

Üzərində “Kalaşnikov” gəzdirən şəxs tutuldu - VİDEO

Sosial şəbəkələrdə cinayətkarlığı təbliğ edən videolar paylaşan və üzərində qanunsuz olaraq “Kalaşnikov” markalı avtomat gəzdirən şəxs saxlanılıb.
 
News24.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
 
Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində sosial şəbəkələrdə cinayətkarlığı təbliğ edən videolar paylaşan və üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxs saxlanılıb.
 
Tədbir zamanı əvvəllər məhkum olunmuş İmişli rayon sakini Qasıməli Qasımov tutularaq istintaqa təqdim edilib. Ondan bir ədəd “Kalaşnikov” markalı avtomat, üç ədəd patron və həmin silaha məxsus bir ədəd daraq aşkar edilib. Qasıməli Qasımov odlu silah-sursatı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək, özündə saxladığını bildirib.
 
Faktla bağlı 21-ci Polis Bölməsində toplanan materiallar Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.