-
- 2-02-2023, 12:31
- 219
Nərgiz Məhəmmədinin Nobel Sülh mükafatına namizədliyi irəli sürüldü
Cənubi Azərbaycanın Zəncan şəhərinin sakini və hazırda həbsdə olan İnsan Hüquqlarının Müdafiəsi Birliyinin sədr müavini Nərgiz Məhəmmədinin Nobel Sülh mükafatına namizədliyi irəli sürülüb.
News24.az xəbər verir ki, onun namizədliyi Oslodakı Sülh Problemləri Tədqiqatı İnstitutunun (PRIO) direktoru Henrik Urdal tərəfindən elan edilmiş qısa siyahıya daxil edilib.
Bildirilir ki, H.Urdal siyahıda ilk yerləri tutan namizədlərin adlarını açıqlayıb və N.Məhəmmədinin adı ilk sətirdə yer alıb.
Qeyd edək ki, N.Məhəmmədi 2022-ci ildə Parisdə “Sərhədsiz reportyorlar” təşkilatının “Cəsarət” kateqoriyası üzrə mükafatına layiq görülmüşdü.