Gənc alimlər üçün Akademiya mükafatı təsis olundu
    • 2-02-2023, 14:14
    • 159

Gənc alimlər üçün Akademiya mükafatı təsis olundu

Azərbaycan Milli Elmlər Akademiyasında gənc alimlər üçün Akademiya mükafatı təsis olunub.

News24.az xəbər verir ki, bu sözləri AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli fevralın 2-də Azərbaycan Milli Elmlər Akademiyasında Gənclər Gününə həsr olunmuş “Akademiyanın elmi gəncliyi: reallıqlar və perspektivlər” mövzusunda keçirilən elmi konfransda deyib.

AMEA-da çalışan gənc alimlər üçün Akademiya mükafatının təsis edilməsinin qərara alındığını bildirən akademik İsa Həbibbəyli hər il “İlin gənc alimi” nominasiyası üzrə xüsusi mükafatın veriləcəyini açıqlayıb.

AMEA rəhbəri gənc tədqiqatçılara dəstək naminə AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının təsisçiliyi ilə ildə 2 dəfə nəşr edilən “Gənc tədqiqatçı” jurnalının bu ildən başlayaraq 4 nömrəyə çatdırılacağını, 1 nömrənin isə ingilis dilində çap ediləcəyini diqqətə çatdırıb.