"Əlim əlinə dəyəcəkdi..." - 70 yaşlı pərəstişkarından Röyaya sevgi etirafı
    • 2-02-2023, 14:24
    • 208

"Əlim əlinə dəyəcəkdi..." - 70 yaşlı pərəstişkarından Röyaya sevgi etirafı

Xalq artisti Röya Ayxan 70 yaşlı pərəstişkarının şərhini paylaşıb. 

News24.az-ın xəbər verir ki, sənətçinin “Dəli kimi” konsertindəki təəssüratlarını bölüşən Südabə Məmmədova fikirləri ilə Röya Ayxanı təsirləndirib.

Belə ki, müğənni S. Məmmədovanın “Çox möhtəşəm idi. Şəkil çəkdirə bilməsəm də. Doğrusu utandım. Səhnədən düşdü, birinci bizim sıramıza yaxınlaşdı. Bir gənc oğlan gül verdi. Əl uzatsam, əlim əlinə dəyəcəkdi. Eybi yox. Mənə bu yaşımda o möhtəşəm konsertə tamaşa etmək bəs idi. Allah mənə ömür versə, sentyabrda görüşərik. Röya, siz mənim ürəyimsiz” rəyinə instaqramda reaksiya verib".