-
- 2-02-2023, 15:51
- 233
"İranın məqsədi Azərbaycanda terror şəbəkəsi yaratmaq idi" - Kərim Əsgəri
"İran heç vaxt Azərbaycanın müstəqiliyini tanımayıb. Birinci və İkinci Qarabağ savaşı zamanı İranın Azərbaycanla bağlı siyasəti hər kəsə məlumdur".
Bu fikirləri News24.az-a açıqlamasında Güney Azərbaycandan olan İran və Qafqaz üzrə siyasi ekspert Kərim Əsgəri deyib.
O bildirib ki, İran Azərbaycanı zəiflətmək üçün hər zaman öz agenturasını bu ölkədə yerləşdirib: "Rəsmi Tehran bu məqsədlə müxtəlif yollara əl atıb. İstər iqtisadi, istər dini-məzhəb, istərsə də, ictimai yollarla öz agentlərini Azərbaycana sızdırıb. Əsas məqsəd isə sözdə din adamları üzərindən Azərbaycan toplumunda qarışıqlıq yaratmaq olub. Əlbəttə ki, Azərbaycan dövləti bunun fərqindədir".
Kərim Əsgəri qeyd edib ki, Qarabağ problemi hər zaman İranın işinə yarayıb: "İran üçün ən təməl məsələ Qarabağ məsələsi idi. 2020-ci ildə Azərbaycan Qarabağı böyük zəfərlə geri qaytardı. Bu, İranın ürəyini açmayan bir məsələ idi. Çünki İran Azərbaycanın zəif və böhranlı vəziyyətdə qalmasında maraqlı idi. Bunun da əsas səbəbi Cənubi Azərbaycan faktorudur. Çünk zəif və çarəsiz Azərbaycanın Cənubi Azərbaycana yardım etməyə hər hansı imkanı və şansı olmayacaqdı. İran Azərbaycanın iqtisadi, siyasi və mənəvi cəhətdən zəif olmasını istəyirdi. İranın məqsədi Azərbaycanda öz terror şəbəkəsini yaratmaq idi".
Aynurə FATEH