Elşad Miri: "Allahşükür Paşazadə çıxıb desin ki, İranın dini liderinin ideyalarından imtina edirik"
    • 2-02-2023, 16:15
    • 1 258

Elşad Miri: "Allahşükür Paşazadə çıxıb desin ki, İranın dini liderinin ideyalarından imtina edirik"

"Azərbaycanın güc strukturları mənim əleyhimə qarşı danışanları araşdırsa, əksəriyyətinin İrana casusluq etdiyinə şahidlik edəcək".

Bu fikirləri News24.az-a açıqlamasında Azərbaycanın hüquq-mühafizə orqanlarının İranın ölkəmizdəki casus şəbəkələrinə qarşı uğurlu əməliyyatlarını şərh edən ilahiyyatçı Elşad Miri deyib.

İlahiyyatçı bildirib ki, bu casusların xüsusi taktikaları var: "Onlarda "təqiyyə" deyilən bir anlayış var. Bunu dini bir termin kimi istifadə edirlər. Bu termini kimdənsə qorxduqları və ya çəkindikləri zaman yalandan pərdələnmək üçün istifadə edirlər. Real niyyətlərini, hansı şəbəkələrə çalışdıqlarını gizlətmək üçün bu addıma əl atırlar. Guya 6-cı İmam Sadiq deyib ki, Təqiyyə atalarının dinidir. Bu baxımdan özlərini çox yaxşı maskalaya bilirlər. 

Bu gün Allahşükür Paşazadə başda olmaqla üzdə olan bir sıra şəxslər çıxıb desinlər ki, bəli, biz İranın dini liderinin ideyalarını əsas götürürdük, onu təqlid edirdik, ancaq bu olanlardan sonra imtina edirik. Əgər demirlərsə, bunun özü şübhəlidir, sual altındadır".