Səhra mətbəxində qardaş çörəyi kəsdilər - FOTOLAR
    • 2-02-2023, 17:09
    • 177

Səhra mətbəxində qardaş çörəyi kəsdilər - FOTOLAR

Türkiyənin Qars vilayətində keçirilən qış təlimləri maraqlı anlarla yadda qalıb.

News24.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi görüntülər paylaşıb.

Görüntülərdə nazir Hulusi Akar azərbaycanlı həmkarı, general-polkovnik Zakir Həsənovla səhra mətbəxində səyyar sobada bişirilən çörəyi böldüyü əksini tapıb. Görüntülər sosial şəbəkələrdə maraqla qarşılanıb.

Qeyd edək ki, Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akarın dəvəti ilə Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov fevralın 1-də bu ölkəyə səfər edib.