Zakir Həsənov Hulusi Akarla təlimləri izlədi - FOTOLAR
    • 2-02-2023, 17:35
    • 195

Zakir Həsənov Hulusi Akarla təlimləri izlədi - FOTOLAR

Türkiyə milli müdafiə naziri Hulusi Akarın dəvəti ilə qardaş ölkədə səfərdə olan Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov "Qış təlimi - 2023" beynəlxalq təlimi çərçivəsində “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə iştirak edib.

Müdafiə Nazirliyindən News24.az-a bildirilib ki, əvvəlcə müdafiə nazirlərinə “Qış təlimi - 2023” təlimi barədə raport verilib. Ordu rəhbərləri yeni nəsil texnika və avadanlıqlarla tanış olub, təlimin maddi-texniki təminat hissəsinə baxış keçiriblər.

Sonra Azərbaycanla yanaşı iştirak edən digər 17 ölkənin hərbi qulluqçuları sərt iqlim və çətin relyef şəraitində müxtəlif epizodlar üzrə tapşırıqların icrasını nümayiş etdiriblər.

Yekunda Türkiyənin milli müdafiə naziri H.Akar, Azərbaycanın müdafiə naziri general-polkovnik Z.Həsənov, Gürcüstanın müdafiə naziri C.Burçuladze müşahidəçilər və digər rəsmi qonaqlar qarşısında çıxış ediblər.

Qeyd edək ki, cari ilin 18 yanvar - 03 fevral tarixlərində keçirilən təlimdə ölkəmizi təmsil edən Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları yüksək peşəkarlıq göstəriblər.