Ukraynaya 500 milyon avroluq 7-ci yardım paketi ayrıldı
    • 2-02-2023, 20:24
    • 299

Ukraynaya 500 milyon avroluq 7-ci yardım paketi ayrıldı

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Avropa İttifaqı (Aİ) Şurası tərəfindən Ukraynaya 500 milyon avro ayrıldığını açıqlayıb.

News24.az xəbər verir ki, bu barədə o, tvitter səhifəsində yazıb.

"Bu gün Aİ Şurası Avropa Sülh Fondu (APF) vasitəsilə 500 milyon avroluq yeddinci paketi və Aİ-nin hərbi yardım missiyasına əlavə 45 milyon avro ayırıb. Mən təhlükəsizlik sahəsində həyati əhəmiyyətli yardıma görə Avropa İttifaqına minnətdaram. Bu, bizi işğalçı Rusiyanın məğlubiyyətinə daha da yaxınlaşdırır”, - paylaşımda deyilir.