-
- 3-02-2023, 12:15
- 264
14 yaşlı qızı öldürülən ananın vəziyyəti necədir?
Xəbər verdiyimiz kimi, dünən Maştağa qəsəbəsində 42 yaşlı Əfsanə Şadatova və 14 yaşlı qızı Günay bıçaqlanıb. Yeniyetmə vəfat edib, anası isə xəstəxanaya yerləşdirilib.
News24.az xəbər verir ki, Əfsanə Şadatovanın vəziyyəti ilə bağlı TƏBİB-ə sorğu ünvanladıq. Qurumdan “Qafqazinfo”ya bildirildi ki, yaralı elə həmin gün Sabunçu Tibb Mərkəzinə yerləşdirilib: “Ona müxtəlif nahiyələrin kəsilmiş yaraları diaqnozu qoyulub. Zəruri tibbi xidmətlər göstərilib. Hazırda tibb müəssisəsinin Travma şöbəsində müalicəsinə davam edilir. Vəziyyəti stabildir”.
Qeyd edək ki, cinayət əməlini törətməkdə şübhəli bilinən Ə.Şadatovanın qeyri-rəsmi münasibətdə olduğu 1981-ci il təvəllüdlü Zaur Babayev müəyyən olunaraq saxlanılıb.