Dünyasını dəyişən sənətkarın eks həyat yoldaşı qınadı - FOTO - VİDEO
    • 25-01-2019, 16:39
    • 1 128

Dünyasını dəyişən sənətkarın eks həyat yoldaşı qınadı - FOTO - VİDEO

Yeşilçamın əfsanə ismi Ayşen Gruda son mənzilə yola salınıb.

Dəfndə iştirak edən aktrisanın keçmiş həyat yoldaşı Yılmaz Gruda yolasalma mərasiminə gəlməyən sənət adamlarını qınayıb. Usta aktyor hisslərini bu ifadələrlə çatdırıb:

"Böyük bir dəyəri itirdik! Ayşen böyük sənətkar idi. Bir çox usta sənətkarlarla tərəf müqabili olub. Amma bu gün onların əksəriyyəti Ayşeni yola salmağa gəlmədilər! Doğrusu, öz və onlar adına utanıram! Hamısı gəlməli idi! Onu qəzetlərdə və sosial şəbəkələrdə deyil, burda tabutunun başında dayanıb, əllərini qoyaraq "Gülə-gülə qızım, gülə-gülə Ayşen" deməli idilər. Gəlməyənlərdən çox incidim"!

News24.Az