Türkiyədə avtobus qəzaya uğrayıb, 8 nəfər ölüb, 35 nəfər yaralanıb
    • 5-02-2023, 11:41
    • 191

Türkiyədə avtobus qəzaya uğrayıb, 8 nəfər ölüb, 35 nəfər yaralanıb

Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb.

News24.az xəbər verir ki, Diyarbəkirdən Bodruma gedən sərnişin avtobusu Afyonkarahisarıq Dinar Haydarlı yaşayış məntəqəsi yaxınlığında aşıb.

Qəza nəticəsində 8 nəfər ölüb, 35 nəfər yaralanıb.

Hadisə yerinə çoxlu sayda təcili tibbi yardım briqadaları göndərilib. /Apa/