Dağıntılar altında qalan azərbaycanlı tələbənin qohumu:
    • 7-02-2023, 13:07
    • 252

Dağıntılar altında qalan azərbaycanlı tələbənin qohumu: "Onlardan heç bir məlumat..."

Azərbaycanın Türkiyədəki səfirliyindən verilən məlumata görə isə həmin tələbələrlə bağlı hər hansı məlumat yoxdur. Onların dağıntılar altından çıxarılıb-çıxarılmadığı məlum deyil. 

News24.az xəbər verir ki, məsələ ilə bağlı Samir Quliyevin dayısı oğlu, təhsil eksperti Ramal Şəmşədli danışıb.

O, tələbələrdən heç bir məlumat ala bilmədiklərini deyib: 

“Samir Quliyev doğmaca bibim oğludur. Tələbələrin xilas edilməsi ilə bağlı məlumatı Həbib Müntəzir adlı “Facebook” istifadəçisi yaymışdı. Biz isə dünən bildirdik ki, bu məlumat doğru deyil. Çünki biz həmin tələbələrlə əlaqə qura bilməmişik. Səfirliklə də əlaqə yaradırdıq onlar deyirdilər ki, bu doğru məlumat deyil. Ötən gün “Turgut Özal Tıp Merkezi Eğitim ve Araştırma Hastanesi”ndən uşaqların adını yoxlatdırdıq, orada adları çıxmadı. Bu gün də başqa bir xəstəxana deyiblər, uşaqlar orada da adlarını yoxlatdıracaq görək orada çıxacaqmı… 

Hələ ki, adıçəkilən 4 tələbədən məlumat alınmayıb. Azərbaycanlı tələbələrin də bəziləri axtarış gedən yerdədir, bəziləri isə bir-bir bütün xəstəxanaları gəzirlər ki, görsünlər tələbələrimiz haradadır. Bibim oğlu Samir Quliyev də axtarılan tələbələr içərisindədir, psixologiya fakültəsi 3-cü kurs tələbəsidir. Atası rəhmətə gedib, qardaşı da baş leytnantdır”.//yenisabah.az