Yardım aksiyasının ikinci günü
    • 8-02-2023, 10:41
    • 194

Yardım aksiyasının ikinci günü

Türkiyədə baş verən zəlzələdə zərərçəkənlərə kömək məqsədilə Bakıda yardım kampaniyası davam edir.

News24.az xəbər verir ki, ilk yardım Babək prospektində yerləşən “Doğtaş” mebel mağazasında toplanılıb. Qısa müddət ərzində insanlar kütləvi şəkildə çağırış ünvanına axın edib.

Təbii fəlakətdə zərərçəkənlərə lazım olan vasitələr - yorğan, döşək, uşaq paltarları, şalvar, corab, əlcək, çadır, generator və sair ehtiyac malları gətirməyə, pul şəklində ianələr verməyə davam edirlər.

Qeyd edək ki, hazırda Babək prospektində yardım qəbulu dayandırılıb. Yardımla bağlı Babək prospektində yerləşən Doğtaş Mebel qəbul məntəqəsinin ünvanı nəqliyyatın işində sıxlıq yaşanmaması səbəbiylə Tbilisi prospektində yerləşən Heydər Əliyev adına İdman Konsert Kompleksinə dəyişilib.

Qumral ƏLİYEVA
Nicat NİFTƏLİYEV