-
- 8-02-2023, 13:51
- 193
Uzun illər idi Türkiyədə katastrofik zəlzələnin olacağı ehtimal edilirdi
Son illərdə yerin aktivliyinin artmasına səbəb Qırmızı dənizin dibində aralanmanın baş verməsidir.
News24.az xəbər verir ki, bunu akademik Fəxrəddin Qədirov Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunda bu il fevralın 6-da Türkiyədə baş vermiş şiddətli zəlzələ haqqında ekspress mülahizələr mövzusuna həsr olunmuş ümumrespublika elmi seminarında deyib.
“Aralıq dənizi və Qafqaz bölgəsinə baxsaq görərik ki, burada bir çox piltələr mövcuddur. Onlar Avrasiya, Anadolu, Ərəbistan və Afrika piltələridir. Bu piltələr bir-biri ilə qarşılıqlı təsirdədir. Biz, uzun müddət Türkiyə, Amerika, Azərbaycan, İran, Ərəbistanda tədqiqatlar aparmışıq. Piltə tektonikası nöqteyi-nəzərdən hansı proseslərin getdiyini araşdırmışıq. Nəticədə biz, qlobal olaraq bu ərazinin hazırkı geodinamik şəraitinin necə olduğunu araşdırmışıq. Geodinamik nöqteyi-nəzərdən baxsaq görərik ki, son illərdə yerin aktivliyi artıb. Bunun da səbəbini alimlər müxtəlif proseslərdə görürlər”, – akademik bildirib.
Akademik qeyd edib ki, əsas təsir edən proses Qırmızı dənizin dibində aralanmanın baş verməsidir: “Bunun nəticəsində Ərəbistan piltəsinin alt hissəsi daha sürətlə hərəkət edir. Bu hərəkət nəticəsində saat əqrəbinin əksi istiqamətində dönməyə və irəliləməyə çalışır. Bu dönmə və irəliləmə prosesi Kahramanmaraşdakı zəlzələ zonasının yaxınlığında olub. Proses nəticəsində yeni qırılma əmələ gəlib, zəlzələ kimi müşahidə edilib. Birinci qırılmadan sonra böyük bir kütlə 3 metr hərəkət edib, ardınca ikinci qırılma olub. Bu zaman Anadolu piltəsi də cənuba doğru hərəkət edib. Bu, uzun illər idi ki, gözlənilirdi. Belə bir katastrofik zəlzələnin olacağı ehtimal edilirdi”.