Şəhid atası 43 saat polis bölməsində saxlanılıb?
    • 9-02-2023, 10:31
    • 276

Şəhid atası 43 saat polis bölməsində saxlanılıb?

Sosial şəbəkələrdə şəhid atasının əsassız yerə 43 saat polis bölməsində saxlanılması ilə bağlı məlumat yayılıb.

News24.az xəbər verir ki,  bununla bağlı vəkil Vüsal Səfərov foto da paylaşıb. O qeyd edib ki, şəkil gecə saat 02 radələrində Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Bölməsində çəkilib: “Şəkildə ayaqüstə olan şəhid atasıdır. 43 saatdır heç bir hüquqi əsas olmadan qanunsuz olaraq azadlıq hüququ məhdudlaşdırılır”.

Vəkilin sözlərinə görə, yuxarı instansiyalara müraciət edilsə də, reaksiya verilmir.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev sosial şəbəkədə məlumat paylaşıb:

"Vətəndaş barəsində olan şikayət əsasında polis bölməsinə dəvət edilib. İzahatı alındıqdan sonra sərbəst buraxılıb. Onun 43 saat bölmədə saxlanılması ilə bağlı iddialar əsassızdır".