-
- 9-02-2023, 11:38
- 417
"WhatsApp"da yeni funksiya - Səsli mesajları...
“WhatsApp” messencerinin istifadəçiləri səsli mesajları mətnə çevirə biləcəklər.
News24.az xəbər verir ki, “WhatsApp”da sözügedən funksiyanın tətbiqi 2021-ci ilin payızında düşünülüb. Lakin naməlum səbəblərdən yeni funksiya üzərində iş dayandırılıb.
Hazırda isə messencerin yaradıcıları bu variantı sınaqdan keçirirlər.
Yenilik messencerin 23.3.0.73 nömrəli beta versiyasında Android bazalı cihazlarda test edilir.
Həmçinin, ekspertlər səsli mesajı mətnə çevirmək mümkün olmadıqda görünəcək bildirişi qeyd ediblər. Bildirişdə göstərilən səbəblər arasında nitqin tanınmaması və transkripsiya dilinin sistem dili ilə uyğunsuzluğu var.
Mütəxəssislər vurğulayıblar ki, audio mesajlar yalnız cihazda deşifrə edilir və həmsöhbətlərdən başqa heç kim bu məlumatı əldə edə bilməyəcək.
Yeni funksiyanın nə vaxt geniş istifadəçilər üçün əlçatan olacağı hələlik məlum deyil. /WABetaInfo/
Teymur MƏMMƏDOV